Claude əsaslı köməkçi sistemin bütün alətlərinə çıxışa malikdir: müştəri yaradır, faylı oxuyur, hesablayır və hər cavabda mənbəni göstərir.
VÖEN və saytdan məlumat özü dolur. KYC anketini müştəriyə link ilə göndərin — cavablar birbaşa kartına düşür.
Hər layihə 9 mərhələdən keçir, hər mərhələnin yoxlama siyahısı və standart müddəti var. 32 ISA anketi AI tərəfindən əsaslandırma ilə doldurulur.
Audit qiyməti əmsallarla hesablanır, materiallıq ISA 320 üzrə, risk ISA 315 üzrə 5×5 matrisdə. Hamısı testlərlə yoxlanmış formulalarla.
2000 fayllıq ZIP, 1C ixracı, köhnə .xls — hamısı oxunur. AI hər sənədin növünü tanıyır, analiz edir və tapıntı təklif edir.
Dövriyyə-saldo cədvəli bütöv oxunur, hər hesab yoxlanır və balans fərqi tək rəqəmlə yox, səbəbləri ilə izah olunur. Dövrü bağlayın — son qalıqlar yeni ilin açılışı olur.
«Kitab üzrə → Düzəliş → Yekun» qatı. Düzəlişi bir dəfə yazırsınız — dövriyyə cədvəli, balans, mənfəət-zərər və qeydlər özü yenilənir.
Hesablar dörd maliyyə hesabatına və formalara özü köçür, qeydlər 7–18 sizin strukturunuzla. İki il yan-yana, hər sətir standart istinadı ilə.
«Siyahı AS» faylını yükləyin — sistem hər krediti Mərkəzi Bankın 23.12.2025 №45/2 metodologiyası və IFRS 9 üzrə qiymətləndirir, şirkətin rəqəmi ilə müqayisə edir.
Bank çıxarışı dövriyyə ilə, ƏDV bəyannaməsi 1C ilə ay-ay üzləşir. Əsas vəsaitlər obyekt-obyekt, amortizasiya və təxirə salınmış vergi ilə yoxlanır.
Hər tapıntı dəqiq yeri göstərir: hansı fayl, hansı vərəq, hansı sütun. İcra cavabını səslə verin — sistem tapşırığı özü araşdırır.
«Müstəqil auditorun hesabatı», maliyyə hesabatları, qeydlər və rəhbərliyə məktub Word və PDF-də hazırlanır. Rəy növünü qərar ağacı müəyyən edir.
Real vaxtda səsli köməkçi ilə əllər azaddır. Diktofon qeydləri saxlanır, mətnə çevrilir və tapşırıq kimi icraya göndərilir.
IAS, IFRS, ISA və Mərkəzi Bank metodologiyası bölmələrə ayrılıb — AI cavab verərkən birbaşa onlara istinad edir. Komanda üzvləri öz rolları və icazələri ilə işləyir.
93 funksiya bir platformada. Qeydiyyatdan keçin, dövriyyə cədvəlinizi və ya kredit portfelinizi yükləyin — nəticəni dərhal görün.
Telefon: +994 70 355 95 95